Xəbərlər

İsrail İngiltərə və Fransadan dəstək gözləyir

İsrail tərəfi İranın zərbə endirəcəyi təqdirdə İngiltərə və Fransadan dəstək gözlədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, ölkənin xarici işlər naziri İsrail Katz İsrailə səfərə gəlmiş Böyük Britaniya və Fransadan olan həmkarları Devid Lemmi və Stefan Sejourneti Qüdsdə qəbul edib.

“İran anlamalıdır ki, birbaşa təcavüzünü və agentlərinin əli ilə İsrailə qarşı apardığı müharibəni dayandırmasa, iqtisadi-strateji sahədə hər şeyin əvəzini yüksək şəkildə ödəməli olacaq. Bu, tammiqyaslı müharibənin qarşısını almaq üçün yeganə şansdır”, – Katz bildirib.