Xəbərlər

İsrail İordaniya ilə sərhəddə divar tikir

İsrailin xarici işlər naziri İsrail Katz silah qaçaqmalçılığının baş verdiyini iddia edərək, ölkənin İordaniya ilə sərhədində divar tikintisinin sürətləndirilməsini istəyib.

“Füyuzat”ın məlumatına görə, bunu İsrail Katz öz çıxışında söyləyib.

“İran İnqilab Keşikçiləri Korpusu İordaniyadan pul və silah qaçaqmalçılığı üçün Livan vasitəsilə HƏMAS ilə əməkdaşlıq edir”,- məlumatda qeyd olunub.