Xəbərlər

İsrail Livanda Hizbullah hərəkatının 140-dan çox hərbi obyektini vurub

İsrail Müdafiə Qüvvələri Hizbullah təşkilatına məxsus 140 hərbi obyektin məhv edilməsi və onlarla silahlının öldürülməsi barədə məlumat yayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə müvafiq bəyanat ordunun mətbuat xidməti tərəfindən paylaşılıb.

Bəyanata görə, İDF (İsrail Müdafiə Qüvvələri – red.) Livanın cənubunda Hizbullah və onun terror infrastrukturuna qarşı məhdud, lokallaşdırılmış və hədəfə istiqamətlənmiş operativ əməliyyatlar aparmağa davam edir.