İsrail Müdafiə Qüvvələri Livanda quru əməliyyatı başlayandan bəri ilk dəfə olaraq öz ərazisində ağır artilleriya yerləşdirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Verilən məlumata görə, bazar günü gecə 36-cı diviziyanın artilleriya bölmələri sərhəddən kənara yerləşdirilib.
Qeyd edilib ki, onlar hazırda sərhədyanı bölgələrdə Hizbullah hərəkatının ikinci müdafiə xəttinə hücum edən İsrilin quru qüvvələrinə atəş dəstəyi verəcəklər.
Söhbət İsrail Müdafiə Qüvvələrinin 411-ci batalyonunun bölmələrindən gedir.