İsrail ordusu Livandan ölkə ərazisinə daxil olan şübhəli hava hədəfini zərərsizləşdirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
“Düşmənin hava vasitəsinin sızması ilə əlaqədar İsrailin şimalında həyəcan siqnalı verilib. Bundan sonra Livan istiqamətindən gələn şübhəli hava hədəfi Metula bölgəsində İDF-nin hava hücumundan müdafiə sistemləri tərəfindən müvəffəqiyyətlə zərərsizləşdirilib”, – məlumatda bildirilib.
Həmçinin məlumatda qeyd olunub ki, hadisələrin heç birində tələfat və dağıntı qeydə alınmayıb.