Xəbərlər

İsrail Livanla sərhəddə hərbi təlimlər keçirəcək

İsrail Müdafiə Qüvvələri bazar ertəsi Livanla sərhəddə yerləşən Nəhariyyə şəhərində təlimlər keçirəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

Təlim səhər saatlarında baş tutacağı üçün sakinlərdən hərbi texnikanın irimiqyaslı hərəkətlərini müşahidə edərkən sakit olmaları xahiş olunub.

Nəşr vurğulayıb ki, silahlı qüvvələr manevrlərin keçiriləcəyini əvvəlcədən bildirməyib.