“HƏMAS hərəkatına hərbi təzyiq Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair sazişin bağlanmasına şərait yaradacaq”.
“Füyuzat”ın məlumatına görə, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant Knessetin (parlament) Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında deyib.
“Bizim vəzifəmiz girovların qaytarılması üçün şərait yaratmaqdır ki, şəraitin yaradılması hərbi təzyiq yolu ilə baş verəcək və hətta mərhələli şəkildə həyata keçirilsə belə, girovların azad edilməsinə dair razılaşmaya gətirib çıxara bilər”, – Qallant qeyd edib.