“İsrail müharibə istəmir, ancaq biz öz xalqımızı, evlərimizi və torpaqlarımızı həmişə müdafiə edəcəyik”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrail dövlətinin BMT-dəki keçmiş daimi nümayəndəsi Denni Danon deyib.
“Biz sülhsevər bir millətik, müharibə istəmirik. Amma xalqımıza hücum ediləndə biz dayanmayacağıq. Bu müharibəni biz başlamamışıq, lakin evlərimizi, torpağımızı və xalqımızı müdafiə edəcəyik”, – Danon bildirib.