İsrailin baş naziri Binyamin Netanyahu hərbi kabinet üzvlərinə İsrail nümayəndə heyətinin gələn həftə Vaşinqtona gedəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yedioth Ahronoth” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, nümayəndə heyətinin üzvləri Amerika rəsmiləri ilə İsrailin Rəfahda mümkün əməliyyatını müzakirə edəcəklər.
Qeyd edək ki, İsrail hakimiyyəti hələlik nümayəndə heyətinin göndərilməsi ilə bağlı məlumatı şərh etməyib.