Xəbərlər

İsrail oktyabrın 7-dən bəri Şərqi Qüdsdə 4420 fələstinlini həbs edib

Oktyabrın 7-dən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayı 4420 nəfərə çatıb.

”Füyuzat”ın məlumatına görə, bununla bağlı Fələstin Məhbus İşləri Komitəsi yazılı açıqlama verib.

Açıqlamada İsrail qüvvələrinin Nablus, Hebron, Tubas, Qalkilya və Qüdsdə daha 16 fələstinlini saxladığı, nəzarətə alınan şəxslərin və yaxınlarının döyülmə və təhdidlərə məruz qaldığı, evlərinin dağıdıldığı bildirilib.

Vurğulanıb ki, Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayı isə 4420-yə çatıb.