Xəbərlər

İsrail ordusu bir gündə Hizbullahın 1600 hədəfinə hücum edib

İsrail qüvvələri bir gündə Livan ərazisinin cənubunda və Livanın dərinliklərindəki Beka vadisində Hizbullahın 1600 hərbi obyektinə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail hərbiçiləri Livandakı Hizbullah təşkilatının hədəflərinə hücumları davam etdirir”, – mətbuat xidməti əlavə edib.