Xəbərlər

İsrail ordusu bir gündə Qəzza boyu 60-dan çox hədəfə hücum edib

Ötən gün ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağı boyunca 60-dan çox müxtəlif hədəfə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Fələstin anklavında hərbi infrastruktur obyektləri vurulub.

“Rəfah və Xan Yunis, eləcə də mərkəzi Qəzza zolağı ərazilərində yerüstü birləşmələr fəaliyyətini davam etdirir. Xüsusilə, son bir neçə gün ərzində Xan Yunis ərazisində çoxlu sayda silahlı fələstinli zərərsizləşdirilib. Onların istifadə etdiyi 50-yə yaxın infrastruktur obyekti məhv edilib”, – deyə məlumatda qeyd edilib.