İsrail ordusu Livandakı hərbi əməliyyatı nəzərə alaraq, şimal istiqamətində yerləşdiriləcək daha bir ehtiyat briqadanı səfərbər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
“Vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, İsrail Müdafiə Qüvvələri şimal istiqamətində əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün əlavə ehtiyat briqadanı vəzifəyə çağırır”, – məlumatda qeyd edilib.
Ordunun bəyanatına görə, bu, Hizbullah təşkilatına qarşı əməliyyat fəaliyyətlərinin davam etdirilməsinə və müharibə məqsədlərinə nail olunmasına, o cümlədən İsrailin şimalındakı sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına imkan verəcək.