İsrail Hərbi Hava Qüvvələri gün ərzində Qəzza sektorunda HƏMAS-ın 40 obyektinə, o cümlədən hərəkatın hərbi məntəqələrinə hücum edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hücuma məruz qalmış “terror hədəfləri” arasında snayper mövqeləri və müşahidə məntəqələri, hərbi binalar, “terror infrastrukturu” və partlayıcı qurğular olub.