İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Tulkərm şəhərində antiterror əməliyyatı zamanı HƏMAS-ın üç səhra komandirini və bir neçə yaraqlını məhv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
“Əməliyyat zamanı İsrail Hərbi Hava Qüvvələrinin aviasiyası bir sıra silahlı terror qruplaşmalarına bir neçə zərbə endirib və yaxın döyüş zamanı iki terrorçu məhv edilib. Onlarla əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib, bir neçə şübhəli saxlanılıb və çoxlu sayda silah-sursat müsadirə edilib. İsrail Müdafiə Qüvvələri vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hücum və müdafiə əməliyyatlarını davam etdirəcək”, – məlumatda bildirilib.