Xəbərlər

İsrail ordusu Hizbullah hədəflərinə hücum edib

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatının hədəflərinə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“16 avqust gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Kfar Qila bölgəsində Hizbullaha məxsus hərbi obyektlərə zərbələr endirib”,- məlumatda qeyd olunub.