Xəbərlər

İsrail ordusu Hizbullaha yeni hava zərbələri endirib

Gün ərzində İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatının hərbi obyektlərinə silsilə hücumlar həyata keçirib.

“Füyuzat”ın mılumatına görə, bu barədə İsrail ordusnun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onların hədəfi Blida və Rab-Taliatin yaşayış məntəqələri ərazisindəki hərbi qurğular, həmçinin Hula kəndi ərazisində yerləşən İsrail ərazisinə yönəlmiş raket buraxılış məntəqəsi olub.