Xəbərlər

İsrail ordusu Hizbullahın hərbi obyektlərinə zərbələr endirib

İsrail ordusu Livanda fəaliyyət göstərən Hizbullah təşkilatına məxsus hədəflərə zərbələr endirdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Ordunun mətbuat xidmətindən bildirilib.

“Vurulan hədəflərə raket buraxılış qurğusu, hərbi obyektlər və Suriya-Livan sərhədi boyunca silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlar daxildir”, – deyə məlumata əlavə edilib.