Xəbərlər

İsrail ordusu Livanın cənubuna zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatının silahlı birləşmələrinin istifadə etdiyi 10-dan çox hərbi obyektə zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hava zərbələri Livanın cənubundakı Cibbin, Zoutar əş-Şərqiyyə və Ramiya yaşayış məntəqələri yaxınlığında həyata keçirilib.