Xəbərlər

İsrail ordusu Livanın cənubunda beş nöqtədə qalacaq

“Livanın cənubunu tərk edən İsrail ordusu Livan ərazisində beş mövqedə mövcudluğunu saxlayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrail Katz bildirib.

“Bu gündən etibarən İDF Livandakı bufer zonada İsrailin şimalındakı yaşayış məntəqələrinin mühafizəsini təmin etmək üçün sərhəd boyunca beş nəzarət mövqeyində qalacaq”, – o, “X”də yazıb.

Katz vurğulayıb ki, İsrail ordusu Hizbullaha qarşı tam gücü ilə mübarizə aparmağa davam edəcək.

“Biz 7 oktyabr reallığına qayıtmağa imkan verməyəcəyik”, – nazir deyib.