Xəbərlər

İsrail ordusu Qəzzada 40 hərbi obyektə hücum edib

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında 40 müxtəlif hədəfə hücum edərək zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, quru bölmələri Qəzza zolağının Xan Yunis şəhəri yaxınlığındakı cənub hissəsində və Rəfahın qərbindəki Tell əs-Sultanda hərbi əməliyyatlar keçirib.

Məlumata görə, hücumlar nəticəsində bölgədəki silahlılar məhv edilib.