Xəbərlər

İsrail ordusu Qəzzada İsrail əsgərinin öldüyünü bildirib

“İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı bir əsgərin öldüyünü təsdiqləyib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Qəzza zolağının cənubundakı Xan Yunisdə baş verən partlayış nəticəsində Qolani Briqadasının kəşfiyyat bölməsinin komanda rəhbəri, 21 yaşlı kapitan Rey Biran həlak olub. Son itki ilə Yaxın Şərqdəki münaqişənin yeni raundu zamanı həlak olan İsrail əsgərlərinin sayı artıq 890-a çatıb.