İsrail Hərbi Hava Qüvvələri Suriyada Hizbullahın hədəflərinə zərbələr endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, hücumların hədəfi Hizbullahın silahlı qanadının tərkibində fəaliyyət göstərən elit Radvan bölmələrinin istifadə etdiyi silah anbarları və komanda məntəqələri olub.