“İsrail hakimiyyəti mənə qarşı sui-qəsd cəhdi edib, lakin buna nail ola bilməyib”.
“Füyuzat”ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibə verib. O, jurnalistin sui-qəsd barədə sualına cavab olaraq bildirib: “Bəli, cəhd etdilər, amma uğursuz oldular”.