İsrailin Qəzzaya qarşı əməliyyatının ikinci mərhələsi başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Baş Qərargah rəisi Eyal Zamir bildirib.
“Qəzzanın mərkəzində əməliyyatları gücləndiririk və HƏMAS-a vurulan ziyanı dərinləşdiririk. Bu məqsədlə ehtiyatda olan personalın əhəmiyyətli hissəsinin səfərbərliyinə başladıq. Onları məğlub edənə qədər HƏMAS-ın ağırlıq mərkəzlərinə hücum etməyə davam edəcəyik”, – Eyal Zamir əlavə edib.



