Xəbərlər

İsrail: Qəzzada “dost atəşi” nəticəsində 540 İsrail əsgəri yaralanıb

“Oktyabrın 27-də İsrail ordusunun Qəzza zolağına qurudan hücuma keçməsindən bu yana 540 İsrail əsgəri “dost atəşi” nəticəsində yaralanıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsraildə yayımlanan “Kanal 12” televiziyası İsrail ordusunun məlumatlarına istinadən məlumat yayıb.

İsrail ordusu həmçinin Qəzzaya hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana 1300-ü Qəzzada quru toqquşmalarında olmaqla 2820 əsgərinin yaralandığını açıqlayıb.