İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında silahlı fələstinliləri hədəf alan iki məktəbə hava zərbələri endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Fələstinin hərbi qanadının silahlı birləşmələrinin üzvlərinin olduğunu göstərən kəşfiyyat məlumatlarına əsasən Qəzza şəhərinin Dərəc Tuffah bölgəsindəki Əbdülfəttah Həmuda və Əl-Zəhra məktəblərinə hava zərbələri endirilib.
“Fləstinlilər gizli şəkildə iki məktəbin ərazisində öz qərargahlarını yaradıblar. Məktəb kompleksləri terrorçular və HƏMAS-ın komandirləri üçün komanda məntəqələri kimi istifadə olunub, oradan HƏMAS tərəfi İsrail Müdafiə Qüvvələri və İsrail dövlətinə qarşı terror əməliyyatları planlaşdırıb”, – məlumada bildirilib.
Ordu zərbədən əvvəl bölgədəki mülki insanlara zərər vurma riskini minimuma endirmək üçün əlavə tədbirlər gördüyünü, o cümlədən dəqiq idarə olunan sursatların istifadəsi və əlavə kəşfiyyat məlumatlarının toplandığını açıqlayıb.