Xəbərlər

İsrail Quterreşi tənqid edib

İsrail Xarici İşlər Nazirliyi (XİN) BMT-nin baş katibi Antonio Quterreşi HƏMAS hərəkatının lideri Yəhya Sinvarın öldürülməsi ilə bağlı susmasına görə tənqid edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail XİN-nin mətbuat xidməti məlumat yayıb.

“BMT-nin baş katibi Antonio Quterreş 7 oktyabr 2023-cü il münaqişəsindən sonra HƏMAS-ı terror təşkilatı elan etməkdən imtina etdiyi kimi, əzəli terrorçu Yəhya Sinvarın öldürülməsini alqışlamadı. Quterreş ekstremist anti-İsrail hərəkətlərə susur və yəhudilərə qarşı mübarizə aparır. Biz onun İsrailə girişinə qadağa qoymağa davam edəcəyik”, – məlumatda bildirilib.