Xəbərlər

İsrail səfiri: Rusiya ilə münasibətlər İsrail üçün vacibdir

Rusiya ilə münasibətlər İsrail üçün həqiqətən vacibdir.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin Moskvadakı səfiri Simona Halperin TASS-a müsahibəsində bildirib.

“İsrail və Rusiya arasındakı münasibətlər bizim üçün həqiqətən vacibdir. Düşünürəm ki, bu, qarşılıqlıdır. Mənim şəxsi səviyyədə, peşəkar səviyyədə çox yaxşı əlaqələrim var və buna görə minnətdaram”, – Halperin qeyd edib.

Diplomat vurğulayıb ki, İsrail və Rusiya arasında dialoq vacibdir, o cümlədən tərəflərin tamamilə razılaşa bilmədiyi mövzular üzrə konsensus əldə etmək olar.

“İsrail və Rusiya arasındakı münasibətləri təsvir edən ən dəyərli şeylərdən biri odur ki, biz bir-birimizə demək lazım olan hər şeyi açıq şəkildə deyə bilərik. Mən şəxsən birbaşa, səmimi dialoqa çox inanıram”, – diplomat bildirib.