İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın cənubundakı radarlara və aşkarlama obyektlərinə zərbələr endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriyanın cənubunda hava kəşfiyyatı üçün istifadə edilən radarlara və aşkarlama avadanlıqlarına hücum edib. Bundan əlavə, Suriya hakimiyyətinə məxsus silah və texnikanın olduğu komanda məntəqələri və hərbi obyektlərə zərbələr endirilib. Bu hadisələrin Suriyanın cənubunda baş verməsi təsadüf deyil. Çünki hədəf alınan avadanlıqlar İsrail dövləti və İsrailin fəaliyyəti üçün təhlükə yaradır”, – məlumatda bildirilib.