İsrail ordusu ölkənin bir sıra şimal bölgələrinin mülki əhalisi üçün xüsusi təhlükəsizlik tədbirləri ilə bağlı tövsiyələri ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Vəziyyəti qiymətləndirdikdən sonra, ön cəbhə komandanlığının göstərişlərinə uyğun olaraq, Merom HaGalil, Kiryat Shmona, Mevoot HaHermon, Yesud HaMaala, Hazor, Rosh Pina, Safed və Metula, eləcə də Qolan təpələri və Şimali Qalileydəki yaşayış məntəqələrinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edilib”, – məlumatda bildirilib.