İsrail Birləşmiş Millətlər Təşkilatına (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini dayandırması üçün müraciət edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniyanın “The Guardian” qəzeti BMT rəsmilərinə əsaslanaraq xəbər yayıb.
UNRWA-nın fəaliyyətini dayandırmasını və işçilərinin geniş miqyasda qida paylaması həyata keçirəcək müxtəlif BMT təşkilatlarına təyin edilməsini istəyən İsrailin müraciəti Baş Qərargah rəisi Herzi Halevi tərəfindən edilib.
Qəzzaya göndəriləcək yardımla bağlı UNRWA ilə işləmək istəmədiyini bildirən İsrail, bölgəyə daha çox yardımın daxil olmamasında BMT-nin Qəzzadakı imkanlarını günahlandırdı.
Qeyd edək ki, İsrail öz ərizəsində UNRWA-nın 300-400 əməkdaşının BMT-nin Ümumdünya Ərzaq Proqramı kimi qurumlarına və ya yeni yaradılmış quruma köçürülməsini də istəyib.