Xəbərlər

İsrail və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

İsrailin müdafiə naziri Yoav Qalantla ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata əsasən, tərəflər Qəzza zolağında HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi yollarını, həmçinin təhlükəsizlik vəziyyəti dəyişdikdən sonra İsrailin şimalındakı sakinlərin öz evlərinə qayıtmasını müzakirə ediblər.