Xəbərlər

İsrail və ABŞ müdafiə nazirləri qüvvələrin birgə təlimini müzakirə ediblər

İsrail və ABŞ müdafiə nazirləri Yoav Qallant və Lloyd Ostin telefonla İran və Livanın Hizbullah hərəkatının yaratdığı “davam edən təhdidlər” fonunda İsrail və ABŞ qüvvələrinin birgə təlimini müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İki nazir arasında söhbət İran və Hizbullahın İsrailə qarşı davam edən təhdidləri qarşısında birgə təlim, həmçinin İsrail və ABŞ qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyətinin təmin edilməsinə yönəldilib”, – məlumatda deyilib.

İsrail Müdafiə Nazirliyinin rəhbəri həmkarını Qəzza zolağında hərbi əməliyyatın gedişi, HƏMAS hərəkatının Rəfah briqadasının məğlubiyyəti barədə məlumatlandırıb, həmçinin İsrail ordusunun bu istiqamətdə davam edən əməliyyatının əhəmiyyətini vurğulayıb.