İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə İsrail ordusunun İranın hücumundan müdafiəyə əməliyyat hazırlığını, eləcə də iki ölkənin silahlı qüvvələrinin qarşılıqlı işləmə qabiliyyətini müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Nazirlər ABŞ qüvvələrinin regionda yerləşməsindəki dəyişikliklərdən sonra ABŞ və İsrailin müdafiə imkanlarının qarşılıqlı fəaliyyət qabiliyyətini müzakirə ediblər”, – bəyanatda qeyd edilib.