İsrailin Münxendəki Baş Konsulluğu yaxınlığında baş verən atışma hadisəsindən sonra İsrail Prezidenti İsaak Hersoq almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə telefon danışığı aparıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Mən indi Almaniya Prezidenti, əziz dostum Frank-Valter Ştaynmayerlə danışdım. Biz birlikdə bu səhər Münhendəki İsrail konsulluğu yaxınlığında baş vermiş terror aktını müzakirə etdik. Almaniya təhlükəsizlik xidmətlərinə təşəkkür etmək və hücuma məruz qalan hər kəsə dəstəyimi bildirmək istəyirəm. Biz birlikdə terrora qarşı mübarizə aparacağıq və qalib gələcəyik”, – məlumatda bildirilib.