Xəbərlər

İsrail və CENTCOM İran təhlükəsinə qarşı mübarizəni müzakirə edib

İsrailin müdafiə naziri Yoav Qallant ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla ilə İran və onun dəstəklədiyi proksi qüvvələrin bölgədə yaratdığı təhlükələrə qarşı birgə mübarizəni müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

“Mən Kurilla ilə regiondakı strateji vəziyyəti və ümumi məqsədlərimizə çatmaq üçün əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı bəzi məsələləri müzakirə etdim”, – Qallant bildirib.