İsrailin müdafiə naziri Yoav Qallant və İtaliyanın müdafiə naziri Quido Krosetto sülhməramlıların təhlükəsizliyinin təmin edilməsini müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qallant “X” səhifəsində məlumat yayıb.
“Bu şərtləri təmin etmək və beynəlxalq ictimaiyyətin, UNIFIL və silahlı qüvvələrin rolunu yenidən müəyyən etmək üçün tərəfdaşlarımızla sıx əməkdaşlıq etmək vacibdir. Mən italyalı həmkarıma bu məsələdəki rəhbərliyinə görə təşəkkür etdim və həm mülki şəxslərə, həm də UNIFIL-ə zərər verməmək üçün görülən tədbirləri təsdiqlədim”, – məlumatda bildirilib.