İsrail prezidenti İsaak Hersoq və Baş Qərargah rəisi Herzi Halevi İsrail ordusunun Qəzza zolağına hücumu zamanı əməkdaşlarının öldürülməsinə görə beynəlxalq yardım təşkilatı World Central Kitchen-dan (WCK) üzr istəyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin Prezident Administrasiyasından açıqlama verilib.
İsrail prezidenti Hersoq WCK-nın qurucusu və rəhbəri Xose Andresə zəng edib və WCK əməkdaşlarının İsrailin hücumunda öldürülməsinə görə dərin kədərini və səmimi üzrxahlığını bildirib.
“Çox açıq olmaq istəyirəm: hava hücumu WCK yardım işçilərinə zərər vermək məqsədi ilə həyata keçirilməyib. Bu, çox mürəkkəb şəraitdə gecə vaxtı müharibə zamanı yol verilən səhvin nəticəsidir. Belə bir şey olmamalı idi”, – Halevi bildirib.