Xəbərlər

İsrail XİN: Qərb İrana qarşı hərbi əməliyyatı dəstəkləyir

İsrailin xarici işlər naziri Gideon Saar İsrailin İrana qarşı hərbi əməliyyatının Qərbdə geniş dəstəyə malik olduğuna əmin olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazir İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında bildirib.

“İrana qarşı əməliyyatla bağlı beynəlxalq mövqeyimiz güclüdür. Gördüyümüz tədbirlər haqqında geniş anlayış var. Həmçinin İsrailə qarşı olan ekzistensial təhlükənin bütün regionun təhlükəsizliyi, Avropanın təhlükəsizliyi və dünya nizamı üçün də təsirləri olduğunu bilirik. Təbii ki, beynəlxalq səhnədə fərqli səslər var. Amma əlbəttə ki, bizim “Qərb dünyası” dediyimiz məkan daxilində eskalasiya və buna bənzər adi narahatlıqlara baxmayaraq, ümumi yanaşma İsrailin keçirdiyi əməliyyata müsbətdir”, – Saar əlavə edib.