Xəbərlər

İsrail: Yəhya Sinvarın HƏMAS-a lider seçilməsi onların məhvi üçün səbəbdir

“Yəhya Sinvarın İsmayıl Haniyənin yerinə HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri təyin edilməsi təşkilatı tez bir zamanda məhv etmək və yer üzündən silmək üçün daha bir tutarlı səbəbdir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri İsrail Katz jurnalistlərə çıxışında söyləyib.

Qeyd edək ki, bundan əvvəl hərəkatın rəhbərliyində təmsil olunan şəxslər aparılan hərtərəfli məsləhətləşmələr və müzakirələrdən sonra Yəhya Sinvarın İsmayıl Haniyənin yerinə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri təyin edilməsi barədə qərar qəbul edib.