Xəbərlər

İsrail Yəməndə müxtəlif ərazilərə hava hücumları təşkil edib

İsrail Yəməndə müxtəlif ərazilərə hava hücumları təşkil edib. “Qara Bayraq” adlı əməliyyat çərçivəsində İsrail ordusunun Hudeydə, Səlif və Rəs İsa limanlarına, Ras əl-Kəsib elektrik stansiyasına və Husilərin istifadə etdiyi “Qalaktika Lideri” gəmisinə hücumlar həyata keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee “X” hesabında paylaşım edib.

İsrail Müdafiə naziri Yisrael Katz öz növbəsində bildirib: “Husilər anti-İsrail hərəkətlərinin əvəzini ödəməyə davam edəcəklər”.