Xəbərlər

İsraildə rekord istilik qeydə alınıb

İsrailin bəzi bölgələrində gün ərzində rekord dərəcədə yüksək temperatur qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Meteorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, şimaldakı Safed şəhərində gün ərzində temperatur 41,3 dərəcəyə yüksəlib ki, bu da 1939-cu ildən bu şəhərdə aparılan bütün meteoroloji müşahidələr tarixində rekord həddə çatıb.

Qeyd edək ki, bu vaxta qədər ölkə ərazisində rekord hədd 40,6 dərəcə olub.