Xəbərlər

İsrailə qarşı etirazlara görə Kaliforniya kollecində buraxılış mərasimi ləğv edilib

Qəzza ilə bağlı etirazlar ABŞ-da kollec şəhərciklərində genişlənməkdə davam etdiyi üçün Kaliforniyanın aparıcı universiteti buraxılış mərasimini ləğv edib.

“Füyuzat”ın məlumatına görə, Los-Ancelesdə yerləşən Cənubi Kaliforniya Universiteti (USC) tədbirin ləğvini “yeni təhlükəsizlik tədbirləri” ilə əlaqələndirib.

Qeyd edilib ki, Qəzzada fələstinlilərə dəstək üçün etiraz aksiyaları keçirilən onlarla kampusda yüzlərlə insan həbs edilib.

Aksiyaları dağıtmaq üçün polis cəlb edib.