Xəbərlər

İsrailin endirdiyi zərbələr nəticəsində daha 4 nəfər həlak olub

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi zərbələr nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Ümumilikdə isə İsrail ordusunun səhər saatlarında Fələstin məntəqələrini bombalaması nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.