Xəbərlər

İsrailin endirdiyi zərbələr nəticəsində Qəzzada daha 5 nəfər ölüb

Oktyabrın 16-da səhər saatlarında İsrail ordusunun Qəzza şəhərinə endirdiyi zərbələr nəticəsində daha 5 fələstinli həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “WAFA” xəbər agentliyi məlumat yayıb.

“İşğalçı təyyarələr Qəzzanın qərbindəki Əl-Nəsr bölgəsində İtalyan Qülləsi yaxınlığındakı evi bombalayıb, nəticədə 5 mülki şəxs ölüb, daha bir neçə nəfər isə yaralanıb”, – məlumatda bildirib.