İsrailin xarici işlər naziri İsrael Katz Qəzza zolağında milli birlik hökumətinin yaradılması ilə bağlı əldə edilmiş razılaşmanı rədd edib.
“Füyuzat”ın məlumatına görə, bunu İsrael Katz jurnalistlərə açıqlamasında bildirib.
“HƏMAS və FƏTH Çində müharibədən sonra Qəzzaya birgə nəzarət etmək üçün müqavilə imzalayıb. Fələstin Prezidenti Mahmud Abbas terroru rədd etmək əvəzinə, HƏMAS-ın qatillərini, təcavüzkarlarını dəstəkləyir və əsl üzünü açır”, – İsrael Katz söyləyib.