Xəbərlər

İsrailin hava zərbələri nəticəsində dörd Hizbullah döyüşçüsü həlak olub

Hizbullah silahlıları Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinin zərbələri zamanı öz sıralarında itkilər olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş məlumatda qeyd olunur.

Qeyd edilir ki, İsrail Hərbi Hava Qüvvələrinənin hücumu nəticəsində Haddas sərhəd bölgəsində daha iki Hizbullah döyüşçüsü həlak olub. Dinc sakinlər arasında 1 nəfər xəsarət alıb.

Şəhər saatlarında Hizbullah silahlıları Qərbi Qalileyada Ərəb əl-Aramşa yaşayış məntəqəsində İsrail ordusunun mövqelərinə iki dəfə raket sistemləri ilə atəş açıblar. Buna cavab olaraq İsrail artilleriyası Kfar Killa, Tellet Hamamis, əl-Xiyam və əl-Edeisa kəndlərinə hücum edib.