Xəbərlər

İsrailin hücumları nəticəsində Livanda daha 19 nəfər həlak olub

İsrail hərbçiləri cümə axşamı Livanın şərqindəki ərazilərə hava hücumlarını davam etdirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Verilən məlumata görə, İsrail ordusunun Livanın şərqindəki 2 şəhərə hücum etməsi nəticəsində 8-i qadın olmaqla, azı 19 nəfər həlak olub.