İsrail ordusunun Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə hücumu nəticəsində azı 8 nəfər həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, İsrail ordusunun hədəfi BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Cəbəliyədəki sığınacağı qarşısında çörək növbəsində dayanan bir qrup insan olub.
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində ümumilikdə 40 min786 nəfər ölüb, 94 min 224 nəfər isə yaralanıb.